Netanyahu: "İsrail Fələstinin tanınmasına qarşı mübarizə aparacaq"

Netanyahu: "İsrail Fələstinin tanınmasına qarşı mübarizə aparacaq"
DÜNYA
20:52 21.09.2025
191
"İsrail bütün forumlarda, o cümlədən BMT-də Fələstin dövlətçiliyinin tanınmasına qarşı mübarizə aparacaq".

AZXEBER.COM xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

Baş nazir gələn həftənin ortalarında ABŞ-yə gedəcəyini, orada BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcəyini və ABŞ Prezidenti Donald Trampla görüşəcəyini də təsdiqləyib.

"BMT-də mən həqiqəti təqdim edəcəyəm. Bu, İsrailin həqiqətidir, eyni zamanda, şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən də gücdən doğan sülhə, həqiqi sülhə baxışımızı təqdim edəcəyəm", - o deyib.

Xatırladaq ki, sentyabrın 21-də Kanada, Avstraliya və Böyük Britaniya Fələstin dövlətçiliyini tanıyıb.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR