Netanyahu: İsrail müstəqil hərbi sənaye yaradacaq

Netanyahu: İsrail müstəqil hərbi sənaye yaradacaq
DÜNYA
22:33 16.09.2025
153
İsrail heç bir mümkün beynəlxalq məhdudiyyətdən asılı olmayan, özünü təmin edən müdafiə sənayesi yaradacaq.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O, İsrail iqtisadiyyatına həsr olunmuş mətbuat konfransında deyib: "Biz çox güclü, istənilən növ beynəlxalq siyasi məhdudiyyətlərə tab gətirə biləcək və dövlətin təhlükəsizliyini təmin edəcək müstəqil silah sənayesi quracağıq".

Bir gün əvvəl Netanyahu bildirib ki, İsrail Qəzzada uzun sürən müharibə səbəbindən artan iqtisadi təcridlə üzləşir və özünü təmin etmək məcburiyyətində qalacaq.
 
/report
OXŞAR XƏBƏRLƏR