Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır

Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
DÜNYA
20:28 23.10.2026
131
İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır.

"Al Jazeera" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, İordan çayının qərb sahilində çox geniş bir əməliyyatı nəzərdən keçirdiyini bildirib.

"Bu, 1967-ci ildən bəri misligörünməmiş bir əməliyyat olacaq. İcra vaxtını da özümüz seçəcəyik”, - Netanyahu qeyd edib.

Qeyd edək ki, bu gün İordan çayının qərb sahilində İsrailin hərbi yoxlanış məntəqəsinə silahlı hücum olub. Hücum nəticəsində iki İsrail hərbçisi ölüb, 3 nəfər yaralanıb.

Xatırladaq ki, 1967-ci ildə İsraillə bir neçə ərəb ölkəsi arasında Altıgünlük müharibə baş verib. İsrail həmin müharibədə Suriyanın Colan təpələrini və Misirin Sinay yarımadasını işğal edib. Colan təpələri hələ də İsrailin nəzarətindədir.
 
///apa.az///
OXŞAR XƏBƏRLƏR