Netanyahu ölüm təhdidlərilə bağlı polisə müraciət etdi

Netanyahu ölüm təhdidlərilə bağlı polisə müraciət etdi
DÜNYA
22:01 05.02.2023
230
İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarına müraciət edərək, onun öldürülməsi təhlükəsi ilə bağlı tədbir görməyi xahiş edib.

"Bu gün biz baş nazirə qarşı açıq-aşkar sui-qəsd təhdidi eşitdik və gördük”, - deyən Netanhu, son bir neçə həftə ərzində məmurlara qarşı artan təhrik dalğasının olduğunu dilə gətirib.

"Bu, demokratiya üçün real təhlükədir. Mən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin bu dəhşətli fenomenə qarşı sərt davranacağını gözləyirəm. Hüquq-mühafizə orqanlarından təcili tədbirlər gözləyirəm”, - deyən baş nazir müxalifətdən də qəti və aydın bəyanatlar gözlədiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR