Netanyahu məhbusların dəfn mərasiminə qatılmaqdan imtina etdi

DÜNYA
15:44 20.02.2025
426
HƏMAS daha 4 israilli məhbusun cəsədini təhvil verib.
 
İsrailin baş naziri Benyamin Netanyahu məhbusların cənazələrinin ordu tərəfindən qəbul edildiyi mərasimə qatılmaqdan imtina edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bu qərarı əsir ailələrinin reaksiyasından xilas olmaq üçün verib.

İsrail prezidenti İsaak Hersoq, X hesabında mövzu ilə bağlı etdiyi paylaşımda "İsrail Dövləti adından başımı əyib bağışlanma diləyirəm. Vəzifəmizi yerinə yetirə bilmədiyimiz üçün üzr istəyirik” - deyib.
 
Prezident əsirləri qoruya bilmədiklərinə və onları sağ-salamat evlərinə qaytara bilmədiklərinə görə təəssüfləndiyini bildirib.
 
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada İsrailin təyyarələrinin onların saxlandıqları yerləri qəsdən bombalamadan əvvəl onların hamısı sağ oluduğunu qeyd edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR