İsrailin baş naziri Benyamin Netanyahu İranı növbəti dəfə hücumla hədələyib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, o, ABŞ-la nüvə danışıqları aparan İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını deyib.
Netanyahu "Beynəlxalq Holokost Qurbanlarını Anma Günü” münasibəti ilə keçirilən tədbirdəki çıxışında Qəzza zolağına və ABŞ-la nüvə danışıqları aparan İrana hücumlardan danışıb.
"İran nüvə silahı əldə edərsə, nə olacaq bilirsinizmi? Bizimlə Tehran arasındakı mübarizə bütün azad cəmiyyətlərin taleyini həll edəcək. İsrail uduzsa, növbə Qərb dövlətlərinə çatacaq. Bu, onların gözlədiyindən də sürətlə baş verəcək", - Netanyahu bildirib.