İsrail ordusu yaxın vaxtlarda Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.
Bu barədə yəhudi dövlətinin Baş naziri Benyamin Netanyahunun videomüraciətində deyilir.
O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə çoxmərtəbəli binanı dağıdıb.
"Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan fürsətdən istifadə edib Qəzza sakinlərinə deyirəm: Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.
/report