Qəzzadakı gərginlik fonunda İsrail hökuməti yeni açıqlama yayıb.
İsrailin baş naziri Benyamin Netanyahu 100 minə yaxın dinc sakinin şəhəri tərk etdiyini bildirib.
O, kabinetin həftəlik iclasında çıxışı zamanı HƏMAS-ı ittiham edərək deyib:
"HƏMAS əhalinin çıxmasına mane olmaq üçün əlindən gələni edir, onları ‘canlı qalxan’ kimi saxlayır”.
Netanyahunun sözlərinə görə, İsrail ordusu əməliyyatları terrorçulara qarşı cəmləşdirmək, eyni zamanda mülki əhaliyə ərazini tərk etmək imkanı vermək istəyir.
"The Times of Israel” yazır ki, bölgədə vəziyyət gərgin olaraq qalır və humanitar böhran dərinləşməkdədir.
/Musavat.com