"Bizim İranla müharibə aparmağımız Amerika Birləşmiş Ştatlarının ən radikal və qatil düşməni ilə mübarizə aparmağı deməkdir".
AZXEBER.COM bbc-yə istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada HƏMAS-a qarşı müharibəyə dəstək toplamaq məqsədi daşıyan Konqresdəki çıxışında deyib.
O, öz nitqində "Bizim savaşımız sizin savaşınız, bizim qələbəmiz, sizin qələbənizdir” deyib.
Konqresin birgə iclasında dördüncü dəfə çıxış edən İsrail lideri, əsasən, respublikaçı siyasətçilər tərəfindən coşqu ilə qarşılanıb.
Lakin Qəzzadakı müharibə ilə bağlı artan siyasi fikir ayrılıqları, Konqresdə qəsdən iştirak etməyən onlarla Demokrat üzvün və küçələrə çıxan minlərlə etirazçının sayının artması ilə nəticələnib.
Polisin məlumatına görə, Netanyahunun imicinə xələl gətirmək istəyən beş nəfər etirazçı Kapitol binasının içərisində həbs edilib.
Öz çıxışında baş nazir etirazçılara qarşı "Siz rəsmən İranın istifadə olunan axmaqlarına çevrilmisiniz” deyib.
Netanyahu həmçinin İrana qarşı etdiyi çıxışda İranın "terror oxunun” ABŞ, İsrail və ərəb dünyasını təhdid etdiyini iddia edərək, bunu "Sivilizasiyalara qarşı barbarlıq toqquşması” adlandırıb.
O, Konqresə İran qüvvələrinin Amerika hədəflərinə hücum etdiyini deyib və əlavə edib:
"İran Amerikaya həqiqətən meydan oxumaq üçün əvvəlcə Yaxın Şərqi fəth etməlidir. Ancaq İran unutmasın ki, Yaxın Şərqin qəlbində İranın yolunda dayanan qürurlu bir amerikapərəst demokratiya var:Bu mənim ölkəm-İsrail dövlətidir."
Bir saatdan çox danışan Netanyahu İsrailin tənqidindən yayınıb və ABŞ-ın əlavə hərbi yardımı üçün Qəzzadakı müharibəni ölkəsinin yaşamaq uğrunda mübarizəsi kimi qiymətləndirib.
Oksana