İsrail-Livan sərhədində 8 oktyabr 2023-cü ildə başlayan qarşıdurmalar davam edir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölən Hizbullah üzvlərinin sayı 311-ə yüksəldiyi halda, İsrailin baş naziri Binyamin Netanyahudan yeni açıqlama gəlib.
Hizbullaha qarşı hücumların davam etdiyini bildirən Netanyahu deyib:
"Şimal cəbhəsində davamlı olaraq fəaliyyət göstəririk. Detallı, əhəmiyyətli, hətta təəccüblü planlarımız var".
Netanyahu sözügedən planlar haqqında ətraflı məlumat verməyəcəyini bildirib.
Digər tərəfdən, İsrail ordusu iki gün əvvəl Livanın cənubunda təşkil edilən hava hücumunda Hizbullahın səhra komandirlərindən birinin öldürüldüyünü açıqlamışdı.
Mövzu ilə bağlı İsrail ordusundan verilən açıqlamada Hizbullahın raket bölməsindən məsul olan sahil bölgəsindəki səhra komandiri Qasim Afif Səklavinin hədəf alındığı, Hizbullah Hərəkatı isə verdiyi açıqlamada Səklavinin olduğunu təsdiqlədiyi bildirilib.
Ayşən