Netanyahudan atəşkəs çağırışı: "Əsirlər azad edilərsə..."

Netanyahudan atəşkəs çağırışı: "Əsirlər azad edilərsə..."
DÜNYA
12:42 07.11.2023
178
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı mühüm mesaj verib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Netanyahu ABC News televiziyasına açıqlamasında bildirib və atəşkəs çağırışı edib.

Netanyahu humanitar yardımın Qəzzaya daxil olması və ya əsirlərin evakuasiyası şərtlərini qiymətləndirəcəyini, ancaq əsirlər azad edilmədikcə atəşkəsin olmayacağını qeyd edib.

Atəşkəs çağırışları ilə bağlı Netanyahu deyib:
 
"Düşünürəm ki, bu, müharibə səylərinə mane olacaq. Əsirlərin azad edilməsi səylərinə mane olacaq. Çünki HƏMAS-a qarşı işləyən tək şey bizim hərbi təzyiqimizdir. HƏMAS-ın məhbusları azad etməyə razı olması şərti ilə atəşkəs ola biləcək".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR