Netanyahudan müharibənin gedişatı ilə bağlı açıqlama: “Çətin və uzun olacaq”

Netanyahudan müharibənin gedişatı ilə bağlı açıqlama: “Çətin və uzun olacaq”
DÜNYA
00:29 30.10.2023
277

İsrailin baş naziri Benyamin Netanyahu blokada altındakı Qəzza zolağına qarşı hücumların davam edəcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 22-ci gündür davam edir. 

İsrailin baş naziri Benyamin Netanyahu axşam saatlarında keçirdiyi mətbuat konfransında dünən gecə intensivləşdirilmiş hava zərbələrindən sonra əməliyyatın ikinci mərhələsinin başladığını bildirib.

"Bizim yeganə məqsədimiz HƏMAS-ı məğlub etmək və torpaqlarımızda varlığımızı təmin etməkdir. Əməliyyatlar uzun və çətin olacaq”.

Gülay

OXŞAR XƏBƏRLƏR