Britaniyanın "The Guardian” qəzetində 40 ildən çox çalışan karikaturaçı Stiv Bell İsrailin baş naziri Binyamin Netanyahunun çəkdiyi rəsmə görə işdən çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərə görə, karikaturaçı rəssam Bell Netanyahunun çəkildiyi son rəsminin "antisemit” olduğu iddiası ilə uzun illər çalışdığı qəzetdən qovulub.
Əsərini qəzetin ittihamlarına qarşı müdafiə edən 72 yaşlı karikaturaçı "The Guardian”ın narahatlığını anlamadığını ifadə edib.
Qeyd edək ki, Netanyahunun qarnında kəsik yer alan karikaturada Netanyahu öz bədənində neştərlə əməliyyat etməyə hazırlaşarkən təsvir edilib. Şəklin üstündə yazılıb: "Qəzza sakinləri, indi çıxın”.
Qəzet karikaturaçı ilə müqaviləni yeniləməmək qərarına gəlib. "The Guardian News and Media”nın sözçüsü mövzu ilə bağlı verdiyi açıqlamada Bell ilə işləməyə davam etmək planlarının olmadığını təsdiqləyib.
Ayşən