Netanyahunun dəhliz böhranı barədə dedikləri əks-səda yaratdı

DÜNYA
14:23 03.09.2024
135
İsrailin Baş naziri Benyamin Netanyahunun Filadelfiya dəhlizi ilə bağlı açıqlamaları böyük reaksiyaya səbəb olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Netanyahunun dediklərinə cavab olaraq İsraildəki Döyüş Nazirləri Şurasının keçmiş üzvü Qadi Eisenkot açıqlama verib.
 
İsrail ordusunun radiosuna danışan Eisenkot Netanyahunu Misir sərhədi mövzusunda Qəzzada atəşkəs danışıqlarına mane olduğu üçün tənqid edib.
 
"Netanyahu Filadelfi dəhlizindən sanki hər şeyin açarı kimi danışdı. Bu, tam təxribatdır", - deyə Eisenkot bildirib.

Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına davam edən hücumlarını dayandırmaq üçün tərəflər arasında uzun müddətdir danışıqlar davam edir.

Netanyahu isə İsrail və beynəlxalq ictimaiyyət tərəfindən siyasi səbəblərə görə HƏMAS ilə məhbus mübadiləsi sazişi imzalamamaqda ittiham olunur.
 
Netanyahunun koalisiyasında müxalif qüvvələr Qəzzada atəşkəs razılaşması əldə olunarsa, hökuməti devirəcəklərini vurğulayıblar.

Mikayıl
OXŞAR XƏBƏRLƏR