Netanyahunun İran xalqına verdiyi vədə Pezeşkiandan reaksiya

Netanyahunun İran xalqına verdiyi vədə Pezeşkiandan reaksiya
DÜNYA
20:21 13.08.2025
201
İran prezidenti Məsud Pezeşkian İsrailin baş naziri Binyamin Netanyahunun ölkədə hakimiyyət dəyişikliyi müqabilində İranı su ilə təmin etmək vədlərini "boş söz” adlandırıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bundan əvvəl Netanyahu İran xalqına videomüraciət edərək, İslam Respublikasında rəhbərlik dəyişikliyinə səbəb olacaq qiyam müqabilində su böhranının həllində kömək təklif edib.

"Qəzza xalqını sudan və yeməkdən məhrum edən rejim İran xalqını su ilə təmin etmək istəyir? Nə boş vədlərdir!", -deyə Pezeşkian sosial şəbəkədə yazıb.
OXŞAR XƏBƏRLƏR