Netanyahunun Nazirlər Kabinetini buraxması nəyə işarə ola bilər?

Netanyahunun Nazirlər Kabinetini buraxması nəyə işarə ola bilər?
DÜNYA
13:05 18.06.2024
142
İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr hücumlarından sonra yaradılmış Nazirlər Kabinetini buraxıb.
 
AZXEBER.COM Türkiyənin "NTV Haber" xəbər agentliyinə istinadən xəbər verir ki, Netanyahu Nazirlər Kabinetini əsas siyasi rəqibi Benny Qantsın üç əsas üzvdən biri olduğu müharibə kabinetini tərk etdikdən sonra buraxıb.
 
Bəs İsrail lideri niyə bu qərarı verib və Qəzzada müharibənin gələcəyini nə gözləyir?
 
Bu addım Qəzzada tezliklə atəşkəsin əldə olunması ehtimalını gücləndirir, yoxsa zəiflədir?

Vasitəçilərin səyi nəticəsində bir müddətdir ki, tərəflər arasında atəşkəs danışıqları davam etsə də, hələlik heç bir mümkün konsensus razılaşma yoxdur.

Təqaüddə olan general və parlament üzvü Qants Netanyahu hökumətindəki ifrat sağçı səslərin mübarizəni davam etdirmək üçün təzyiqinə qarşı çıxan daha mötədil bir şəxs olaraq görünürdü.
 
Müharibə kabineti birlik nümayişi kimi formalaşdırılmışdı.
 
O zaman Qants Netanyahu hökumətinin müxalif üzvlərini sıradan çıxarmaq üçün kiçik qərar qəbul edən qurumdan müharibəyə rəhbərlik etməyi tələb etmişdi.

Lakin proses istənilən kimi getmədi və fikir ayrılıqları yaranmağa başladı.

Müharibə kabinetinin dağıdılması Netanyahunu HƏMAS ilə atəşkəs razılaşmasına açıq olan mərkəzçi siyasətçilərdən daha da uzaqlaşdırdı.

Qətər, Misir və ABŞ kimi vasitəçilərin köməkliyinə baxmayaraq, HƏMAS və İsrail liderləri arasında aylarla davam edən atəşkəs danışıqlarında ortaq nöqtə tapıla bilməyib.

Netanyahu indi təhlükəsizlik kabinetinin üzvlərinə arxalanır, onlardan bəziləri birbaşa atəşkəsə qarşı çıxır və Qəzzanın yenidən işğalını dəstəkləyir.

Qantsın gedişindən sonra İsrailin millətçi milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yenilənmiş müharibə kabinetinə daxil edilməsini istəyib.
 
Bu addım Ben-Qviri kənarda saxlamağa kömək edə bilər.

Həmçinin sözügedən proses həm də Netanyahuya hakimiyyətdə qalmaq üçün müharibəni uzatmaq imkanı verir.

Tənqidçilər onu atəşkəs və girovların mübadiləsi razılaşmasını gecikdirməkdə ittiham edirlər.

Çünki müharibənin başa çatması oktyabrın 7-də hökumətin uğursuzluqlarının araşdırılması və baş nazirin populyarlığının aşağı olduğu bir vaxtda erkən seçkilərin keçirilməsi ehtimalını artırmaq demək olardı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR