Netanyahunun Qəzza ilə bağlı YENİ PLANI

Netanyahunun Qəzza ilə bağlı YENİ PLANI
DÜNYA
14:50 23.02.2024
156
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada müharibədən sonrakı planını hökumətə təqdim edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahunun dünənki kabinet iclasında təqdim etdiyi plana görə, İsrail Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində təhlükəsizlik və hərbi məsələlərdə hərəkət azadlığını qoruyacaq və ABŞ-ın koordinasiyası ilə Misir-Qəzza sərhədində bufer zonası yaradaraq "qaçaqmalçılıq cəhdlərinin” qarşısını alacaq. 

Netanyahunun hökumətə təqdim etdiyi yol xəritəsinə görə, Qəzzanın mülki idarəsi "idarəetmə bacarığı olan peşəkarlar” tərəfindən həyata keçiriləcək.
 
İsrail mərkəzi Ramallahda olan beynəlxalq qanuni Fələstin rəhbərliyini "terrora dəstək verməkdə” günahlandıraraq, yol xəritəsindəki bu maddə ilə onu Qəzza rəhbərliyindən çıxarmağı hədəflədiyinə diqqət çəkib.

BMT agentliyinin yerinə beynəlxalq yardım təşkilatlarının çalışacağı vurğulanan planda Qəzza zolağının yenidən qurulmasına "Qəzzanın tam tərksilah edilməsi və radikallaşmanın aradan qaldırılmasından” sonra başlanacağı və reabilitasiya planının da "İsrail tərəfindən təsdiqlənmiş ölkələr" tərəfindən maliyyələşdirilir.
 
Netanyahunun hökumətə təqdim etdiyi planda İsrailin fələstinlilərlə qalıcı razılaşma ilə bağlı "beynəlxalq məcburiyyətləri” qəbul etmədiyi ifadə edilərək, "Fələstin dövlətinin beynəlxalq ictimaiyyət tərəfindən birtərəfli qaydada qəbul edilməsinin böyük bir iş olacağı” qarşıya qoyulub".

Qeyd edilib ki, İsrail siyasətçiləri və əsgərlərinin dəfələrlə "HƏMAS və İslami Cihadın hərbi bacarıqlarını məhv etmək, Qəzzada israilli məhbusları azad etmək və Qəzza zolağından İsrailə qarşı hər hansı təhlükənin qarşısını almaq” məqsədləri dəyişməyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR