İsrailin Təhlükəsizlik Kabinetinin Qəzzaya müdaxilə planını təsdiqləməsindən sonra ilk sərt reaksiya Böyük Britaniyadan gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Keir Starmer bu addımın yanlış olduğunu və daha çox qan tökülməsinə səbəb olacağına işarə edib:
"Bu addım səhvdir və daha çox qan tökülməsinə səbəb olacaq" - deyə İsrail hökumətini qərardan əl çəkməyə çağırıb.
Britaniyanın daxili işlər naziri Miatta Fahnbulleh bundan əvvəl İsrailin Qəzza şəhəri üzərində nəzarəti ələ keçirmək qərarına yenidən baxacağına ümid etdiyini bildirmişdi.
Yüksək rütbəli bir İsrail rəsmisi mətbuata "Niyyətimiz Qəzzanı işğal etməkdir" deyib. Qurum rəsmisi qanuni məsuliyyətdən yayınmaq üçün rəsmi sənədlərdə "işğal” əvəzinə "nəzarət” sözünün işlədildiyini bildirib.
Yerli mənbələrin məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin işğalı üçün hazırlıqlara başlayıb.
Rəsmilərin bildirdiyinə görə, oktyabrın 7-dən əvvəl Qəzza şəhərində mülki əhalini mərkəzi rayonlardakı düşərgələrə yönəltmək, ardınca isə HƏMAS-a qarşı qurudan hücum və mühasirə planları hazırlanıb.
Türkiyə XİN də İsrailin planını kəskin şəkildə pisləyib.
Bəyanat verilərək "İsrailin soyqırım siyasətinin yeni mərhələsini təşkil edən Qəzzada hərbi əməliyyatını genişləndirmə qərarını ən şiddətli şəkildə qınayırıq" - deyilir.