“Netflix”ə qarşı araşdırma başladı

“Netflix”ə qarşı araşdırma başladı
DÜNYA
11:41 07.02.2026
319
ABŞ Ədliyyə Nazirliyi (DOJ) "Netflix"in Warner Bros Discovery və HBO Max-ı satın almaq planı ilə bağlı antimonopoliya araşdırmasına start verib. Bu barədə Wall Street Journal nəşri məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Netflix-in anti-rəqabət üsullarından istifadə edib-etmədiyini, eləcə də sözügedən sövdələşmənin striminq xidmətinin bazar gücünü həddindən artıq artırıb-artırmayacağını və ya monopoliyanın formalaşmasına gətirib çıxarıb-çıxarmayacağını araşdırır.

Qeyd edək ki, bundan əvvəl VZGLYAD qəzeti Netflix-in 82,7 milyard dollar qarşılığında Warner Bros kinostudiyasını almaq niyyətində olduğunu yazmışdı.
OXŞAR XƏBƏRLƏR