Nəticəni oyundan 1 gün öncə deyən adam - FOTO

MARAQLI
13:35 09.07.2014
4245
Braziliyanın San Paulo şəhərində yaşayan Flavio Spina adlı bir mühəndis dünən keçirilən və 1:7 hesabı ilə bitən Braziliya-Almaniya qarşılaşmasının hesabını bir gün əvvəl yuxusunda görüb.
Spina matçdan 14 saat əvvəl Feysbuk hesabından yazdığı şərhdə yuxusunda Almaniyanın Braziliyanı 7-1 hesabı ilə udacağını yazıb.
Qeyd edək ki, oyundan öncə belə bir fantastik nəticəni sosial şəbəkədə yazan Spina dostlarının gülüş hədəfinə çevrilib.
Hesab bu nəticə ilə bitəndən sonra hər kəs bu mühəndisin yazdığını eşidəndə şoka düşüb. Braziliyanın “Globo” televiziyasına müsahibə verən mühəndis hətta özünün belə bu hesaba inanmadığını, lakin yuxuda gördüyündən, sadəcə, əylənmək xətrinə sosial şəbəkədə yazdığını bildirib.
Onu da bildirək ki, mühəndis bu maraqlı olaydan sonra dostlarının xahişi ilə sosial şəbəkədə profil şəkilini dəyişərək cadugər paltarında bir şəkil yerləşdirib.
///axar.az
OXŞAR XƏBƏRLƏR