"Neurotime" şirkəti Azərbaycanda süni intellekt sahəsində mütəxəssislər yetişdirir

"Neurotime" şirkəti Azərbaycanda süni intellekt sahəsində mütəxəssislər yetişdirir
SOSİAL
21:09 05.12.2024
772
 Azərbaycanda süni intellekt və avtomatlaşdırma sahəsində aparıcı şirkət olan Neurotime üç aylıq ödənişli təcrübə proqramının uğurla başa çatdığını elan edir. 
AZXEBER.COM xəbər verir ki, proqramda iştirak etmək üçün müraciət edən 100-dən çox namizəd arasında 12 gənc seçilərək komandaya qoşulmaq imkanı qazandı. Həmin gənclər Pytorch, Tensorflow, Kaldi, Tacatron kimi müasir İT texnologiyalardan istifadə edilərək maşın öyrənməsi, dərin öyrənmə, data təhlili, proqram təminatı, təbii dilin emalı və nitq texnologiyaları sahələrində texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanından yararlanmaq fürsəti əldə etdilər. Təcrübə proqramının beş uğurlu iştirakçısı isə Neurotime şirkətində daimi iş yeri ilə təmin olunub və maşın öyrənmə mühəndisi kimi fəaliyyət göstərirlər. 

"Neurotime olaraq məqsədimiz Azərbaycanda yalnız süni intellekt sahəsində biznes həlləri təqdim etmək deyil. Şirkətimizin inkişaf planı və korporativ sosial məsuliyyət stategiyasına uyğun olaraq, müasir gənclər arasında süni intellektin öyrənilməsi, onların dinamik inkişafa uyğunlaşdırılması üçün imkanlar yaratmaqdır. Bu bizim ilk təcrübə proqramımız idi və gənclərdən aldığımız müsbət rəylərin nəticəsi olaraq belə  proqramları daim keçirməyi və gənclər arasında məşğulluq imkanlarını genişləndirməyi hədəfləyirik. 

Həmçinin qeyd etmək yerinə düşər ki, proqramda iştirak edən gənclərin böyük əksəriyyəti ADA Universitetinin tələbələridir. Bu isə universitetin innovativ təhsil yanaşması və yüksək texnologiyalar sahəsinə verdiyi tövhələrin nəticəsindən xəbər verir. Eləcə də, ADA Universitetinin məzunları Neurotime şirkətində hazırki proqramdan öncə də əməkdaş olaraq sıralarımıza qatılmışlar. Gələcəkdə də ADA Universiteti ilə sıx əməkdaşlıq edərək ixtisaslı kadrların işlə təmin edilməsi istiqamətində qarşılıqlı addımlar atacağımıza inanıram” - deyə Neurotime şirkətinin icraçı direktoru Vüqar Cavadov bildirib.
 
Neurotime mütəxəssisləri ilk karyera addımlarını atan gənclərin texniki bacarıqlarla yanaşı, vaxtın idarə edilməsi və prioritetlərin müəyyən edilməsi, komanda işi və ünsiyyət bacarıqları, liderlik keyfiyyətləri, korporativ davranış qaydaları kimi mühüm peşəkar bacarıqlarının inkişafına da dəstək olurlar. Bu yanaşma, şirkətin dəyərləri və innovativ iş mühiti ilə birləşərək təcrübəçilərə və yeni əməkdaşlara gələcək karyeraları üçün möhkəm təməl yaradır. 

Azərbaycanda süni intellekt texnologiyalarına əsaslanan biznes həllər təqdim edən Neurotime 2021-ci ilin oktyabr ayından fəaliyyət göstərir və müasir informasiya texnologiyalarına əsaslanan platformalar üzərindən onlayn media, tv və radio reklamlarının monitorinqini avtomatlaşdırır, həmçinin fərdiləşmiş çatbot xidmətlərini təklif edir. Şirkətin məqsədi müştərilərin rəqəmsal davranışlarının inkişaf etdirilməsi, o cümlədən bazar araşdırmaları sahəsində şəffaflığın və dəqiqliyin təmin edilməsidir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
21:52 15.08.2025
İmişlidə həmkəndlisini qətlə yetirməkdə ittiham edilən tələbəyə hökm oxunub
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
21:51 15.08.2025
“Qalatasaray” Sançezlə müqavilənin müddətini uzatdı
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
21:42 15.08.2025
İranda ailə faciəsi: 10-a yaxın insan güllələnərək öldürüldü
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
21:39 15.08.2025
Ekspertlər Alyaskadakı görüşdə Putinlə Trampın bədən dilini analiz edəcəklər
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
21:33 15.08.2025
Azərbaycan nümayəndəsi BMT-nin CERF Məsləhətçi Qrupuna SEÇİLDİ
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib