Nəvəsini satmaq istəyən nənə tutuldu

DÜNYA
18:32 06.05.2014
1400
Daşkənddə nəvəsini satmaq istəyən nənə əməliyyatçılar tərəfindən həbs edilib.
ANS PRESS-in məlumatına görə, gənc anaları Marina öləndən sonra bu ilin yanvar ayında 5 yaşlı Maruf və yeniyetmə Ruslanı (uşaqların adı şərti göstərilib) Marinanın qoca ata və anası, yəni uşaqların babası və nənəsi himayəyə götürüb. Maddi durumları aşağı olan ailə uşaqlara baxmaqda çətinlik çəkiblər. Vəziyyətdən çıxış yolu tapmaq üçün nənə Marqarita Petrovna kiçik nəvəsini təminatlı bir ailəyə satmaq istəyib.
Bu işdə ona ölən qızının rəfiqəsi yardımçı olub və deyib ki, kiçik oğlanı təminatlı bir ailəyə sata bilər. Bu məqsədlə onlar Daşkəndin Üçtəpə rayonunda kafelərin birində görüşüblər. Alıcı qadın 500 dollar ödəniş etdikdən sonra Marufu onu almaq istəyən qadına veriblər.
Əməliyyatçılar Marqarita Petrovna və vasitəçi Radmilanı hadisə yerində saxlayıblar. İstintaq bitdikdən sonra, cinayət işi məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR