‘Nəyə görə kabab bizimdir amma şişini Türkiyədən gətiririk’ - Deputatın təklifi

SİYASƏT
17:40 14.03.2014
1293

Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb.

AZXEBER.COM Lent.az-a istinadən verdiyi məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.

O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, “millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”.

Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.

OXŞAR XƏBƏRLƏR