PSJ-nin Neymar Çempionlar Liqasının finalında iştirak etməyə bilər.
AzxeberSport-un məlumatına görə, braziliyalı futbolçu yarımfinal mərhələsində "Leyptsiq"lə qarşılaşmadan sonra koronavirus qaydalarını pozub.
29 yaşlı futbolçu Almaniya təmsilçisinin üzvü Marsel Halstenberq ilə formasını dəyişib.
Çempionlar Liqası başlamazdan əvvəl verilən məlumatlara görə, formalarını dəyişən oyunçular bir oyun cəzası almalı və 12 gün ərzində özünü təcrid etmək məcburiyyətindədirlər.
Qeyd edək ki, dünən baş tutan qarşılaşmada PSJ "Leyptsiq"i 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırmağı bacarıb.