Neymar hamilə nişanlısını aldatdığını etiraf etdi

Neymar hamilə nişanlısını aldatdığını etiraf etdi
DÜNYA
11:51 22.06.2023
495
PSJ-nin ulduz futbolçusu Neymar hamilə nişanlısını aldatdığını etiraf edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Neymar hamilə sevgilisini aldatdığı üçün İnstaqramdan ondan üzr istəyib.

Neymar bundan əvvəl aprelin 19-da İnstaqramda 210 milyon izləyicisinə ikinci dəfə ata olacağını açıqlayıb.

Sosial media hesabından verdiyi açıqlama ilə sevgilisini aldatdığını və bundan çox peşman olduğunu bildirən Neymar Bruna Biancardidən üzr istəyib.

Hətta bir nəfər braziliyalı jurnalist Neymarın hamiləlik dövründə sevgilisini bir neçə dəfə də aldatdığını iddia edib.

Neymar İnstaqramda üzrxahlıq mesajında ​​bu ifadələrdən istifadə edib:

"Səhv edirəm və bu mənasız hadisəyə görə artıq üzr istəmişəm, amma bunu bir daha hamının gözü qarşısında etmək istəyirəm. Şəxsi məsələ ictimailəşirsə, o zaman üzrxahlıq da ictimai olmalıdır. Özümü sənsiz təsəvvür edə bilmirəm".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR