Neymar “Real”la oyunu buraxa bilər

Neymar “Real”la oyunu buraxa bilər
İDMAN
14:03 26.02.2018
1915

PSJ ciddi itki ilə üzləşib.

 

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, komandanın lideri Neymar sıradan çıxıb.

 

Belə ki, braziliyalı futbolçu Liqa 1-in XXVII turunda "Marsel”lə keçirilən qarşılaşmada zədələnib. Görüşün sonlarına yaxın top uğrunda mübarizə zamanı sağ ayağı burxulan "sambaçı” meydanı xərəkdə tərk edib.

 

 

Neymarın hazırkı durumu ilə bağlı hələlik açıqlama verilməsə də, onun martın 6-da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real”la cavab qarşılaşmasını buraxması gözlənilir.

 

Qeyd edək ki, "Marsel” üzərində 3:0 hesablı qələbə qazanan PSJ xallarının sayını 71-ə yüksəldib və çempionluğa bir addım da yaxınlaşıb.

OXŞAR XƏBƏRLƏR