Neymar karyerasına başladığı "Santos"a geri dönməyə qərar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu "Əl-Hilal"la müqaviləsi başa çatandan sonra Braziliyaya qayıdaraq, yenidən yetirməsi olduğu klubun formasını geyinəcək.
Qeyd edək ki, ötən ilin yayında Fransa təmsilçisi PSJ-dən 99 milyon avroya "Əl-Hilal"a keçən Neymar zədə səbəbindən indiyədək cəmi 5 matçda forma geyinib.
O, karyerası ərzində İspaniyanın "Barselona" və Fransanın PSJ klublarında çıxış edib.
Zəfər Hacılı