Braziliya millisinin futbolçusu Neymarın PSJ-yə keçidi ilə bağlı Fransanın Maliyyə Nazirliyində axtarış aparılıb.
Bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, hücumçunun transferi zamanı Paris təmsilçisinə vergi güzəştləri verilib.
Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniyanın "Barselona" klubundan 222 milyon avroya PSJ-yə keçib. 31 yaşlı forvard hazırda Səudiyyə Ərəbistanında "Əl-Hilal"ın uğurları üçün çalışır.