Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu

Nəzakət Teymurovanın möhtəşəm konserti baş tutdu
MAQAZİN
12:25 21.05.2025
292
Mayın 20-də Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın solo konserti keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, gecə musiqisevərlər üçün unudulmaz anlarla yadda qalıb.

Konsert boyu sevilən xanəndə klassik muğam parçalarından tutmuş, xalq və bəstəkar mahnılarına qədər zəngin repertuarla çıxış edib. Tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan sənətçi səhnədə yüksək enerjisi və səmimiyyəti ilə seçilib.

Gecədə bir sıra tanınmış sənət nümayəndələri də iştirak edib. Musiqi, poeziya və sənətsevərləri bir araya gətirən tədbir həm də sənət adamlarının görüş məkanı olub.

Konsertin kulminasiya nöqtəsi isə Nəzakət Teymurovanın "Qal sənə qurban” mahnısını ifa etməsi olub. 

Gecənin xüsusi qonaqlarından biri isə şair və televiziya aparıcısı Xəzər Süleymanlı olub. O, səhnəyə çıxaraq poetik çıxışı ilə gecəyə ruhani bir ab-hava qatıb. Səsləndirdiyi şeir tamaşaçılar tərəfindən böyük maraqla dinlənilib.

Nəzakət Teymurovanın bu konserti sənətsevərlərə yüksək musiqi zövqü bəxş etməklə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin yaşadılması və təbliği baxımından da önəmli hadisə kimi yadda qalıb.
 
Qeyd edək ki, Teymurova çıxışından öncə jurnalistlərin suallarını cavablayıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR