Nəzər Media.az-ın dostu mükafatı Nəsimi Əbilova təqdim olundu - FOTOLAR

Nəzər Media.az-ın dostu mükafatı Nəsimi Əbilova təqdim olundu - FOTOLAR
SOSİAL
14:26 16.01.2018
1090
Bu gün Nəzər Media.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev Sumqayıt Şəhər Yəhudi Dini İcmasının təsisçisi Nəsimi Əbilovla görüşüb. Görüşdə məqsəd Nəzər Media.az-ın idarə heyyətininin qərarı ilə Nəzər Media.az-ın dostu təyin olunanan Nəsimi Əbilova Nəzər Media.az İnformasiya portalının dostu mükafatını təqdim etmək idi. 

Görüş zamanı Nəzərbəy Hacıağayev portalın təsisindən bu yana olan fəaliyyəti baradə Nəsimi Əbilova məlumat verib. Baş redaktor qeyd edib ki, təsisimizin ikici il dönümündən bəri bizimlə fəal əməkdaşlıq edən, eyni zamanda da cəmiyyətin inkişafında mühim xidmətləri olan şəxslərə idarə heyyətininin qərarı ilə Nəzər Media.az-ın dostu elan edirik. Hesab edirəm ki, sizin fəaliyyətiniz cəmiyyətimizə və onun inkişafına müsbət töhvələr verir. Bundan əlavə siz və sizin kimi şəxslər ölkəmizdə nə qədər çox olsa bu bir o qədər Yəhudilərin tarixi vətəni olan İsraillə Azərbaycan arasında münasibətləri daha da gücləndirir. Qeyd etmək istəyirəm ki, Azərbaycan həm İsrail dövlətinin, həmdə yəhudilərin etibar etdiyi bir tolerant müsəlman dövlətidir. Daha sonra Nəzərbəy Hacıağayev Nəsimi Əbilova sayıtın gələcəkdə planlaşdırdığı layhihələr barədə məlumat verdi. Sonda Baş redaktor qeyd etdi ki, bu gün həm də sizin doğum günüzdür. Mən bu münasibətlə sizi təbrik edir, sizə uzun ömür can sağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

Öz növbəsində çıxış edən Nəsimi Əbilov ona göstərilən diqqətə görə Nəzər Media.az sayıtına və onun kollektivinə öz dərin minatdarlığını bildirib. Əbilov qeyd edib ki, mənə verilən bu mükafat doğum günümün ən böyük hədiyyəsidir. Həqiqətən Azərbaycanda həm yəhudilər, həmdə bütün dinlərə məxsus olan millətlər üçün tolerant dövlət tərəfindən tolerant mühit yaradılıb. Azərbaycan İsrail münasibətləri bu gün sizində qeyd etdiyiniz kimi ən yüksək səviyədədir. Tərəflər arasında qarşılıqlı anlaşma və etimad mövcutdur. Mən sizə gələcək layihələrinizdə uğur arzu edirəm və gələcəkdə sizi daha böyük və beynəlxalq miqyaslı layihələrin həyata keçirməsini sizə arzu edirəm.
 

 

 


OXŞAR XƏBƏRLƏR