NFC ilə daha çox qazanc!

NFC ilə daha çox qazanc!
İQTİSADİYYAT
14:36 10.06.2020
1180
VISA ilə tərəfdaşlıq çərçivəsində NFC texnologiyasını ilk dəfə ölkəmizə gətirmiş Azərbaycan Beynəlxalq Bankı bu texnologiya vasitəsilə nağdsız ödənişlərin stimullaşdırılması üçün daha bir addım atıb. Bankın VISA ilə birgə start verdiyi yeni kampaniya NFC istifadəçilərinə xərclərindən qazandıracaq.

AZXEBER.COM xəbər verir ki, 10 avqust 2020-ci il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində öz mobil telefonları ilə NFC texnologiyası üzərindən hər biri minimum 5 manatlıq 10 ödəniş edən müştərilər 25 manat dəyərində kəşbək qazanacaqlar. Kampaniya dövründə hər bir VISA kartı ilə ayda 1 dəfə kəşbək qazanmaq olar.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının hələ ötən ilin sentyabrından yerli bazara təqdim etdiyi bu yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur. Azərbaycan Beynəlxalq Bankının "Qayğıkeş” proqramı çərçivəsində bankla tərəfdaş məkanlarda aparılan ödənişlərə görə müştərilər əlavə kəşbək faizləri də qazanırlar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı