Noyabrın 8-i ABŞ və Kanada arasında yerləşən, dünyanın ən böyük şəlalələrindən biri olan Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
AZXEBER.COM xəbər verir ki, Niaqara şəlaləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması Ermənistan ictimaiyyətində narahatlığa səbəb olub. Bununla bağlı erməni mediasında yazılar yazılıb.
"Həmin vaxt Ermənistan ABŞ-dakı səfirliyinin nəyə baxması ayrıca müzakirə mövzusudur”,- deyə yazıların birində qeyd olunub.
Xatırladaq ki, son illər Niaqara şəlaləsi Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Dövlət bayrağının rəngləri ilə işıqlandırılır.
Ayşən