Nida Vətəndaş Hərəkatı Milli Şuranı tərk etdi

SİYASƏT
21:53 26.05.2020
669
Xəbər verdiyimiz kimi, Milli Şuranın Koordinasiya Mərkəzinin "Zoom"-la keçirilən daxili iclasında səsləndirilən fikirlər heç də birmənalı qarşılanmadı. Milli Şuranın Koordinasiya Mərkəzinin sərt tənqidlərlə qarşılaşması şurada istefalarla müşayiət olundu. Belə ki, toplantıda skandala səbəb olacaq nalayiq ifadəni səsləndirən Rafiq Manaflının, şuranın üzvü Eldəniz Quliyevin və bir neçə gün öncə istefa verən hüquqşünas Namizəd Səfərovun istefasının ardından daha bir təşkilat şuradan ayrılıb.

AZXEBER.COM-a daxil olan məlumata görə, Nida Vətəndaş Hərəkatı da Milli Şuranın sıralarını tərk etməklə bağlı qərar qəbul edib və eyni zamanda Milli Şuranın konfransında səsləndirilən fikirlər qəti surətdə pislənilib.

Bu gedişlə yaxın günlərdə Milli Şurada başqa istefaların da olacağı istisna edilmir.

Qeyd edək ki, bir neçə gün öncə vətəndaş cəmiyyətinin üzvlərinin imzası ilə bəyanat yayıldı və bəyanatda Milli Şuranın fəaliyyəti və virtual konfransda səsləndirilən fikirlər qətiyyətlə pislənildi.

Xatırladaq ki, həmin bəyanatı imzalayanlar içərisində vətəndaş cəmiyyətinin, eyni zamanda Milli Şura ilə yollarını ayıran Nida Vətəndaş Hərəkatının üzvü Rəbiyyə Məmmədovanın da adı var idi.

OXŞAR XƏBƏRLƏR