Niderland - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlandı

Niderland - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlandı
DÜNYA
02:48 11.07.2024
246
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.
 
Məlumatda bildirilib ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.
OXŞAR XƏBƏRLƏR