Niderlandın PSV klubu "Borussiya"nın (Münhenqladbax) hücumçusu Alassan Pleanı transfer edib.
32 yaşlı fransalı Eyndhoven təmsilçisi ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.
"Transfermarkt"ın məlumatına görə, bu keçid PSV-yə 3 milyon avroya başa gəlib.
Qeyd edək ki, Plea ötən mövsüm Almaniya Bundesliqası və kubokunda 32 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.