Niderland klubu İngiltərə təmsilçisinin müdafiəçisini icarəyə götürüb

İDMAN
19:54 13.08.2024
128
Niderlandın "Feyenoord" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un müdafiəçisi Uqo Buenonu transfer edib.

AZXEBER.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı 2024/2025 mövsümünün sonuna kimi icarə əsasında Rotterdam klubunda çıxış edəcək.

Qeyd edək ki, futbolçu ötən mövsüm "Canavarlar"ın heyətində meydana çıxdığı 25 oyunda 1 qolla yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 6 milyon avro qiymətləndirir. U.Bueno İspaniyanın gənclərdən ibarət millisində 1 oyun keçirib.

OXŞAR XƏBƏRLƏR