Niderland kralı və Filippin prezidenti İlham Əliyevi təbrik ediblər

SİYASƏT
14:07 29.11.2013
1140

Niderland kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:“Zati-aliləri,Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram”.Filippin Respublikasının Prezidenti III Beniqno Akino da Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.“Zati-aliləri,Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimə Filippin xalqı da qoşulur.

Azərbaycan xalqının rifahının daha da yüksəldilməsində, regionda sülhün möhkəmləndirilməsində Sizə uğurlar diləyirəm.

Əminəm ki, qarşılıqlı maraq doğuran bütün məsələlərdə ikitərəfli əlaqələrin və Filippin ilə Azərbaycan arasında dostluq münasibətlərinin gücləndirilməsini davam etdirəcəyik”.

OXŞAR XƏBƏRLƏR