Niderland millisinin üzvünə "Qızıl qaban" mükafatı verilib

İDMAN
19:19 13.10.2022
263
Niderland millisinin və Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Kvinsi Promesə "Qızıl qaban" mükafatı verilib.

30 yaşlı hücumameylli yarımmüdafiəçi bu hədiyyəyə Moskva təmsilçisində ötən mövsümün ən yaxşı oyunçusu seçildiyi üçün layiq görülüb.

Azarkeşlərin səsverməsi nəticəsində bütün rəqiblərini qabaqlayan təcrübəli vinger karyerasında 3-cü dəfə analoji mükafata sahib çıxıb.

Qeyd edək ki, Kvinsi Promes ötən mövsüm "Spartak"ın heyətində bütün turnirlərdə 31 oyuna 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Qızıl qaban" mükafatı 2002-ci ildə təsis olunub.
OXŞAR XƏBƏRLƏR