Niderland müdafiə naziri: “Ukrayna F-16 qırıcılarını ən qısa zamanda əldə edəcək”

Niderland müdafiə naziri: “Ukrayna F-16 qırıcılarını ən qısa zamanda əldə edəcək”
DÜNYA
19:20 24.08.2023
258
"Ukrayna F-16 qırıcı təyyarələrini ən qısa zamanda əldə edəcək”.

Bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun üçün əvvəlcə lazımi şərtlər yerinə yetirilməlidir: "Söhbət pilotların, texniklərin və infrastrukturun hazırlanmasından gedir”.

Nazir pilotların hazırlığı ilə bağlı təlimlərin artıq başladığını təsdiqləyib.

Qeyd edək ki, avqustun 18-də media ABŞ-nin F-16 təyyarələrinin Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsinə razılıq verdiyi barədə məlumat yayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan vurğulayıb ki, Ukrayna pilotların təlimi başa çatdıqdan sonra qırıcı təyyarələr alacaq.

Ukraynalı pilotlar təlim keçmək üçün Danimarkaya gediblər.
 
///Report
OXŞAR XƏBƏRLƏR