"Ayaks" və PSV klubları arasında keçiriləcək Niderland Superkuboku matçı zamanı bir ilk gerçəkləşəcək.
AZXEBER.COM xəbər verir ki, bu matç ilk dəfə TikTok üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, son Niderland çempionu "Ayaks" və son Niderland kubokunun sahibi PSV arasındakı bu qarşılaşma 30 iyulda Yohan Kroyff adına arenada baş tutacaq. Bu matçadək PSV Superkuboku 12, "Ayaks" isə 9 dəfə qazanıb. Ötənilki qalib Eyndhoven klubu olub.Niderland Superkuboku TikTokdan canlı yayımlanacaq.