Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək

Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək
DÜNYA
21:44 04.08.2025
196
Niderland Ukraynaya ABŞ istehsalı olan silah sistemlərini göndərən ilk NATO dövləti olacaq.

Bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans "X"də paylaşım edib.

Onun sözlərinə görə, Niderland Ukraynaya "Patriot" zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcək.
 
/APA
OXŞAR XƏBƏRLƏR