Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

DÜNYA
09:36 24.09.2021
388
Niderlandda 12 yaşlı oğlan koronavirusa qarşı peyvənd olunmasına icazə verməyən atasını məhkəməyə verərək istədiyinə nail olub.

Qroningen şəhər məhkəməsi azyaşlının xeyrinə qərar qəbul edib.

Sənəddə uşağın mənafeyi nəzərə alınaraq, atanın bu işdə övladına maneə törədə bilməyəcəyi qeyd edilib. Həmçinin, COVID vaksini faydalarının onun risklərindən daha çox olduğu bildirilib.

Qeyd edək ki, Niderlandda azyaşlıların vaksinasiyası üçün hər iki valideynin icazəsi tələb olunur.

OXŞAR XƏBƏRLƏR