Niderlandda 5G texnologiyasının sınaqları başlayıb

DÜNYA
10:00 22.08.2015
1354
Niderlandın şimalındakı kiçik Loppersum kəndi və onun ətrafı5G məlumatların ötürülmə texnologiyası sınaqlarının keçiriləcəyi dünyadailk kənd ərazisi olacaq. 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "RTV Noord" telekanalı məlumat verib. Layihədə bir sıra aparıcı holland və beynəlxalq telekommunikasiya şirkətləri, o cümlədən TNO, Ericsson, KPN və Huawei şirkətləriiştirak edəcək. "Bu yaşayış məntəqəsinin sınaq meydançasına çevrilməsi haqqında qərar investorların bu əraziyəmarağını artırmaq üçün Qroninqen əyalətinin iqtisadi şurası tərəfindən qəbul edilib", - telekanal qeyd edib. "Bununla belə, Loppersum sakinlərinin hələlik yeni ötürülmə texnologiyalarına girişi olmayacaq. Sınaqlarregiona biznesin cəlb olunmasıməqsədini daşıyır. Bütün dünyadan şirkətlər 5G texnologiyalarından istifadə etməklə burada öz məhsullarını işləyib hazırlaya biləcək". Sakinlər üçün isə texnologiya məlumatlarının ötürülməsinin yeni standartının ümumi istifadəyə verilməsi zamanı əlçatan olacaq. Ekspertlər düşünürlər ki, bu, 2020-ci ildən tez baş verməyəcək.
OXŞAR XƏBƏRLƏR