Niderlandda yaşayan diaspor fəalı veriliş açdı: Qürbətdən xatirə

Niderlandda yaşayan diaspor fəalı veriliş açdı: Qürbətdən xatirə
SOSİAL
17:34 04.03.2019
3202
Niderlandda yaşayan jurnalist Xatirə Abdullazadə "Qürbətdən xatirə” adlı layihəyə başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, layihə "youtube" və "instagram"da həyata keçirilir.
 
X. Abdullazadə AZXEBER.COM-a açıqlamasında deyib ki, məqsəd hər həftənin şənbə günü "Facebook" üzərindən canlı yayım ilə dünyada və Azərbaycanda olan maraqlı insanlarla telekörpü yaradaraq izləyicilərə həm maraqlı, həm də səmərəli məlumatları bölüşməkdir: "Yayıma qatılan qonaqlar yaşadıqları ölkələrdə olan təhsil, səhiyyə, miqrasya məsələləri haqqında məlumatlar verirlər və izləyicilərin suallarını cavablayırlar.
 
Azərbaycandan da qatılan maraqlı həmsöhbətlər olur və onlarla da yararlı mövzulara toxunuruq. Sonradan bu yayımlar ""YouTube”da "Qürbətdən xatirə” kanalıma yüklənir. Uzun zamandan bəri bu sahədə bir şeylər etmək istəyirəm və artıq reallaşdırmağın vaxtının gəldiyini gördüm. Gələcəkdə daha maraqlı vloqlar da çəkib kanalıma yükləyəcəm”.
 

OXŞAR XƏBƏRLƏR