Niderlandın Baş naziri siyasətdən gedəcəyini açıqladı

DÜNYA
18:40 10.07.2023
187
Niderlandın Baş naziri Mark Rutte siyasətdən gedəcəyini açıqlayıb.

Bu barədə Baş nazir parlamentdə deyib.
 
O növbəti seçkilərdən sonra siyasəti tərk edəcəyini bildirib.
"Bazar günü mən qarşıdan gələn seçkilərdə Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası - VVD-nin lideri kimi iştirak etməyəcəyimə qərar verdim", - deyə Rutte bildirib.

Keçən həftə miqrasiya siyasəti ilə bağlı konsensus əldə olunmadığı üçün koalisiya hökumətinin dağılmasından sonra Baş nazir Rutte, davam etmək üçün hələ də "enerji və ideyaları" olduğunu söyləsə də, lakin bugün partiyanın lideri kimi 17 illik fəaliyyətini dayandırmağa qərar verdiyini açıqlayıb. "Mən bunu qarışıq hisslərlə, emosiyalarla edirəm. Komandanı çox sevirəm. Amma bu, doğru qərardır".

Avropanın veteran liderlərindən biri kimi Rutte NATO və Aİ-də bir sıra yüksək vəzifələrdə çalışıb. Lakin Rutte çıxışında deyib ki, o, beynəlxalq səviyyəli yüksək vəzifə ilə maraqlanmır.

Rutte noyabrda keçiriləcək seçkilərə qədər müvəqqəti Baş nazir vəzifəsində qalacaq.

Baş nazir hazırda Haaqadakı yerli məktəbdə həftədə bir dəfə sosial elmlərdən dərs deyir.

2010-cu ildən Hollandiyaya rəhbərlik edən Rutte, dörd fərqli koalisiyaya rəhbərlik edərək, ölkə tarixində ən uzun müddət vəzifədə olan Baş nazirdir.
 
///

Niderlandın Baş naziri Mark Rutte siyasətdən gedəcəyini açıqlayıb.

APA "Politico"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir parlamentdə deyib.

Ad - 00:22

OXŞAR XƏBƏRLƏR