Nigar Arpadarai 20 nəfəri öz himayəsinə götürdü: Ərzaqla təmin edəcək

Nigar Arpadarai 20 nəfəri öz himayəsinə götürdü: Ərzaqla təmin edəcək
SOSİAL
13:54 15.03.2020
4022

"Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 koronavirusu pandemiya elan edib. Bununla bağlı ölkəmizdə virusun qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”. 

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin gənc deputatı Nigar Arpadarai sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, ÜST-nın statistikasına görə virusa yoluxmuş yaşlı (60+) və immun sistemi zəif olan insanların yoluxmadan sonra müalicəsi ağır keçir və təəssüf olsun ki, letal nəticələrin böyük bir hissəsi bu qrup insanları əhatə edir. 

"Qeyd olunanları nəzərə alaraq, belə insanların müdafiəsi üçün görüləcək tədbirlərlə əlaqədar, AR Milli Məclisinin deputatı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənim tərəfimdən ilk sorğu göndərilir.

Dövlət, şübhəsiz ki, xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdədir, lakin kütləvi yoluxma təhlükəsi olduqda, məsuliyyətin böyük bir hissəsi vətəndaşların da üzərinə düşür. Məhz buna görə mən, vətəndaş mövqeyindən çıxış edərək, imkanım daxilində Səbail rayonu ərazisində yaşayan, ailə himayəsindən məhrum olan, səhətində problemi olan 20 nəfər vətəndaşı ilkin tələbat ərzaq və sanitar məhsullarının evə təchizatı üçün öz himayəmə götürürəm. 

Bu insanların yoluxma riskini azaltmaq məqsədilə, onlarla daim əlaqə saxlanacaq, günaşırı ərzaq və sanitar vasitələrlə təmin olunacaqlar.

Həmvətənlilərimi öz həyət və məhəllərində də belə xidmət təşkil etməyi çağırıram. Hətta bir yaşlı və yaxud problemli səhəti olan qonşunuza çörək almaqla, onun evdən çölə çıxmasının qarşısını almış olursunuz. Beləliklə yoluxma riskini azaldırsınız, perspektivdə isə, bəlkə də, həyatını xilas etmiş olursunuz!

Əgər pandemiya reallıqdırsa, o zaman gəlin bu reallığı sosial müəsuliyyətimizin sınağına çevirək! Gəlin bizim xalqa məxsus açıqürəkliliyi və yaşlı nəslə olan qayğıkeşliyi bir daha nümayiş edək. Bu sınaqdan panikaya uğramadan birlikdə ləyaqətlə çıxaq!

Özünüzdən müğayət olun!”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı