Müğənni Nigar Camal sosial şəbəkədə ona qarşı yazılan tənqidlərə cavab verib.
AZXEBER.COM xəbər verir ki, izləyicilər onu insanlara yardım etmədiyi üçün tənqid ediblər. Nigar isə cavab olaraq kömək edərkən onu çəkib paylaşanları qınayıb:
"Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".
Qeyd edək ki, son günlər məşhurlar kömək edərkən video çəkib sosial şəbəkədə yayımlayır.