Nigar Camalın qəzaya düşməsi barədə xəbər hələ də öz təsdiqini tapmayıb. Belə ki, hələ onlarla əlaqə yaratmaq mümkün olmayıb.
Yayılan xəbərə görə, müğənni öz yaxın rəfiqələri ilə Quba istiqamətində hərəkət edərkən qəzaya düşüb. Xəbər sosial şəbəkə yayılan videodan qaynaqlanıb. Görüntülərdə Nigar avtomobildə rəfiqələri ilə oxuyub rəqs edərkən bir anda ortalıq qarışır, kamera isə yerə düşür.
Müğənni isə bir neçə saat öncə öz səhifəsində daha bir video paylaşıb, görüntülər sözügedən videonun bir parçasıdır. Birinci kadrlardakı kimi də oxuyub rəqs edən müğənni hicablı rəfiqəsi tərəfindən zarafatyana tənqid olunur. Həmin xanım müğənninin hərəkətlərinə irad bildirirək "cəhənnəmdə yanacaqlar" deyir.
Görünür, bu videodan sonra Nigar və rəfiqələri qəzaya düşüblər.