Türkiyənin Ərzurum vilayətində festivalda çıxış edən Azərbaycanın “Eurovision–2011” təmsilçisi Nigar Camal jurnalistlərə maraqlı poz verib.
Ərzrum Valiliyi və Türkiyənin Buz Xokkeyi Federasiyası qış festivalı təşkil edib. Festival çərçivəsində “Eurovision-2011”-in qalibləri Nigar Camal və Eldar Qasımovun konsert baş tutub. Ərzurumda kəndlərin birində qonaq olan azərbaycanlı müğənnilər burada yer süfrəsində qəlyanaltı ediblər. Daha sonra qonaqlar evin həyətini gəziblər və burada Nigar Camal Əlinə yaba götürərək atların axuruna quru ot qoyub.