Nigar İbrahimova: "Samirə İradədən halallıq almalı idi"

Nigar İbrahimova: "Samirə İradədən halallıq almalı idi"
ŞOU-BİZNES
11:14 11.03.2024
86
Məşhur vizajist Nigar İbrahimova müğənni Samirə Əfəndi ilə bağlı danışıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə sənətçi MTV Azərbaycanda "10-da görüşək” proqramında açıqlama verib.
 
O bildirib ki, Samirə onun Türkiyədə yaşayan və hazırda sənətdan uzaq qalan bacısı müğənni İradə İbrahimovanın mahnısını icazəsiz oxuyub:
 
"Azərbaycanda bacımın bütün işlərini aparan məsul şəxs mənəm. Samirə Əfəndi bu mahnını ifa edərkən nə İradə xanımın özünə, nə də mənə bir məlumat verib bu haqda. Bu etik qaydalara uyğun deyil. Ən azından halallıq deyilən bir şey var. Araşdırmışam bəstəkardan da. Vaqif Gərayzadədən də icazə alınmayıb. Bir var hansısa proekt xatirinə bir dəfə oxuyursan, bir də var ki, müğənni bu mahnı ilə verilişlərə çıxır. Artıq bu başqa şeydir. İradə indi oxumasa da bu sənətdə var. Onun mahnısı ilə verilişlərə çıxırsınızsa, ən azından bir salam göndərmək nə çətin işdir"?
 
Aysel
OXŞAR XƏBƏRLƏR